"AZƏRMARKA" MMC

    English











03.10.2008. Azərbaycan parlamenti poçt sisteminin funksiyalarını genişləndirib

Azərbaycan Milli Məclisi oktyabrın 2-də "Poçt rabitəsi haqqında" qanuna etdiyi yeni əlavə və dəyişikliklər əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsinin funksiyaları genişləndirilib.
Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, bunun nəticəsində yaxın vaxtlarda ölkə ərazisindəki poçt şöbələri əhaliyə bank-maliyyə xidmətləri göstərə biləcək. Artıq poçt şöbələrində əmanət qoyuluşları və çıxarışları, həmçinin pensiya və müavinətlərin verilməsi kimi xidmətlər maneəsiz həyata keçiriləcək. Artırılmış xidmətlər sırasına yalnız kredit ayırmaları daxil deyil. Ətraflı


03.10.2008. Azərbaycanda Ümumdünya poçt günü qeyd olunacaq

Oktyabr ayının 9-da dünya üzrə poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya poçt günü qeyd olunacaq. Bu münasibətlə Azərbaycanda da bir sıra tədbirlər keçiriləcək.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçiriləcək, məruzələr dinləniləcək.
Bundan əlavə, bütün müəssisələrin inzibatı binalarında , şöbələrdə və ətraf ərazilərdə səliqə-səhman işləri aparılacaq.
Orta məktəb şagirdləri ilə görüşlər keçiriləcək, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat veriləcək. Ətraflı


<< Geri 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 İrÉ™li >>

Rabitə və İnformasiya Texnlogiyaları Nazirliyi
Aztelekom İstehsalat Birliyi
Azərpoçt MMC
BTRİB
Teleradio İstehsalat Birliyi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Məlumat Hesablama Mərkəzi
"Rabitə Dünyası" qəzeti


"Azərmarka" şirkətinin təltif ediliyi diplom və medallar