"AZƏRMARKA" MMC

    English











03.10.2008. Azərbaycanda Ümumdünya poçt günü qeyd olunacaq

Oktyabr ayının 9-da dünya üzrə poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya poçt günü qeyd olunacaq. Bu münasibətlə Azərbaycanda da bir sıra tədbirlər keçiriləcək.

Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçiriləcək, məruzələr dinləniləcək.

Bundan əlavə, bütün müəssisələrin inzibatı binalarında , şöbələrdə və ətraf ərazilərdə səliqə-səhman işləri aparılacaq.

Orta məktəb şagirdləri ilə görüşlər keçiriləcək, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat veriləcək.

Bayram ilə əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün görüşlər təşkil olunacaq.

"Azərpoçt" DM-i həmçinin oktyabrın 9-da poçt markalı sərginin təşkil olunmasını, 3 yeni poçt şöbəsinin açılışını, 5 poçt şöbəsi üçün tikilmiş yeni binaların istifadəyə verilməsini planlaşdırır.
Rabitə və İnformasiya Texnlogiyaları Nazirliyi
Aztelekom İstehsalat Birliyi
Azərpoçt MMC
BTRİB
Teleradio İstehsalat Birliyi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Məlumat Hesablama Mərkəzi
"Rabitə Dünyası" qəzeti


"Azərmarka" şirkətinin təltif ediliyi diplom və medallar