"AZƏRMARKA" MMC

    English











03.10.2008. Azərbaycan parlamenti poçt sisteminin funksiyalarını genişləndirib

Azərbaycan Milli Məclisi oktyabrın 2-də "Poçt rabitəsi haqqında" qanuna etdiyi yeni əlavə və dəyişikliklər əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsinin funksiyaları genişləndirilib.

Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, bunun nəticəsində yaxın vaxtlarda ölkə ərazisindəki poçt şöbələri əhaliyə bank-maliyyə xidmətləri göstərə biləcək. Artıq poçt şöbələrində əmanət qoyuluşları və çıxarışları, həmçinin pensiya və müavinətlərin verilməsi kimi xidmətlər maneəsiz həyata keçiriləcək. Artırılmış xidmətlər sırasına yalnız kredit ayırmaları daxil deyil.

Qeyd edək ki, hazırda respublika ərazisində 1 536 poçt şöbəsi fəaliyyət göstərir. Onların 337-si şəhər, rayon mərkəzləri və qəsəbələrdə, 1 199-u isə kəndlərdə yerləşir.
Rabitə və İnformasiya Texnlogiyaları Nazirliyi
Aztelekom İstehsalat Birliyi
Azərpoçt MMC
BTRİB
Teleradio İstehsalat Birliyi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Məlumat Hesablama Mərkəzi
"Rabitə Dünyası" qəzeti


"Azərmarka" şirkətinin təltif ediliyi diplom və medallar