Azərmarka Şirkəti

AZƏRMARKA ŞİRKƏTİ

    English

15.02.2010. Xocalı faciəsi



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçıları Rusiya ordusunun 366-cı motoatıcı alayın hərbi texnikasının iştirakıla Qarabağın azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdilər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu. Bir neçə saat ərzində 600 nəfər, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirildilər.
Həmin faciə ilə əlaqədar Bakı metropoliteninin Xətai stansiyası yanında heykəltəraşlar Teymur və Aslan Rüstəmovlar tərəfindən heykəl yaradılmışdır.
2007-ci ildə Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar RİTN-nin «Azərmrka» şirkəti tərəfindən poçt bloku poçt dövriyyəsinə buraxılmışdır. Markanın üzərində həmin heykəlin şəkli öz əksini tapmışdır. Blokun üzərində isə erməni quldurlarının əli ilə yüzlərlə qətlə yetirilmiş qadın, qoca və körpə uşaqların şəkilləri əks etdirilib.
Marka Belarus mətbəəsində 15000 ədəd tirajla çap olunub.
Rabitə və İnformasiya Texnlogiyaları Nazirliyi
Aztelekom İstehsalat Birliyi
Azərpoçt Dövlət Müəssisəsi
BTRİB
Teleradio İstehsalat Birliyi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Məlumat Hesablama Mərkəzi
"Rabitə Dünyası" qəzeti



«Azərmarka» şirkətinin təltif ediliyi diplom və medallar