“Баку” jurnalı Azərbaycan markaları barədə layihə hazırlayıb
Moskva şəhərində nəşr olunan “Баку” jurnalının 2021-ci il yanvar-fevral buraxılışının xüsusi layihəsi Azərbaycan markalarına həsr edilib.
Xüsusi buraxılışda “Azərmarka”nın direktoru Leyla Güləliyevanın müsahibəsi və poçt markalarının tarixi haqda geniş məqalə ilə yanaşı, həmçinin “Azərmarka”nın 2 tematik layihəsi – “Mənim Bakım” və “Azərbaycan. Naxçıvan” markalı kitabları haqqında söz açılır.