Son xəbərlər

Azərbaycan markasına səs verək, ölkəmizi birinci edək!

azermarka
azermarka 416

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda EUROPA 2021 poçt markaları müsabiqəsini elan edib.

 

Bu müsabiqədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuluyyətli Cəmiyyəti tərəfindən hazırlanmış, Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbirinə həsr edilmiş poçt markası ilə təmsil olunur.

 

Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq.

 

Səs vermək üçün bu linkə daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.

 

Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikası ərazisində nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb. Qoruqda yaşayan bəbir (Panthera Pardus Ciscaucasica) Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı kitab”ına daxil edilib.