Son xəbərlər

Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıldı

azermarka
azermarka 111

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Regional Rabitə Birliyinin (RRB) 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Markanın üzərində 30 rəqəmi ilə RBB-nin loqosu təsvir olunub.

Belarus Respublikasının Bobruysk şəhərində 10 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.