Son xəbərlər

“Azərbaycan” adlı tematik markalar kitabı çap olunub

azermarka
azermarka 1492

“Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərbaycan” adlı tematik markalar kitabını oxucuların ixtiyarına verib. Kitabın çapında əsas məqsəd həm yerli, həm də əcnəbi filatelistləri Azərbaycanın mədəni irsi ilə tanış etməkdən ibarətdir.

Əsas hədəf Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barəsində informasiya daşıyır.

“Azərmarka” şirkətinin ən son məhsulu olan bu kitab Azərbaycan və ingilis dillərində çap edilib. Kitab "Azərbaycan təbiəti", "Azərbaycan memarlığı", "Azərbaycan - tolerantlıq məkanı", "Azərbaycanın kosmosdan görüntüləri", "Azərbaycan idmanı", "Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri", "Azərbaycan musiqi alətləri" və "Azərbaycan mətbəxi" bölmələrindən ibarətdir.