Son xəbərlər

Prezident İlham Əliyev “Azərmarka”nın stendi ilə tanış olub

azermarka
azermarka 1272

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb. Stenddə ulu öndər Heydər Əliyevin portreti əks olunmuş, “Müslüm Maqomayev”, “Tofiq Quliyev”, “Qara Qarayev”, “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları”, “Standart buraxılış 2018”, “Novruz”, “2017”, “Formula 1”, “XXI Yay Olimpiya Oyunları - Rio 2016”ya həsr olunmuş markalar, “Avropa Oyunları 2015”, “Azərbaycan”, “İçərişəhər”, “Qarabağ”, “Eurovision 2012” kitabları, habelə “Turizm”, “Avropa” adlı bukletlər və s. poçt məhsulları nümayiş etdirilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, “Azərmarka” MMC tərəfindən Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli ictimai-siyasi xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Dövlətimizin başçısı və birinci xanım Novruz bayramına həsr olunan markanın ilk nüsxəsini imzalayaraq möhürlədilər. Bununla da tarixi əhəmiyyət qazanan bu marka “Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxıldı.