Son xəbərlər

Görkəmli aktrisamız Leyla Bədirbəyli poçt markalarında

azermarka
azermarka 1289

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən görkəmli aktrisa, Azərbaycan teatr xadimi, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır ki, bu düzülüş qaydasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür. 21 may 2020-ci il tarixindən dövriyyəyə buraxılmış markalar Belarusun Bobruisk Integrated Printing House mətbəəsində 300 000 min tirajla çap olunub. Həmçinin, 200 ədəd Birinci gün zərfləri də hazırlanıb.